Sizin reklam burada
Sizin reklam burada

"Rusiyanı bir milyon insan tərk edib"

"Rusiyanı bir milyon insan tərk edib"
Rusiya prezidenti Vladimir Putin rusiyalıların xaricə axınının azaldılması üçün tədbirlər görməyi tapşırıb.
Bu barədə "2019-2025-ci illər üçün Dövlət miqrasiya siyasəti Konsepsiyasına dəyişikliklər edilməsi haqqında" fərmanda deyilir.
Məlumatı "cursor.info" nəşri yayıb.
Sənəd hüquqi informasiya portalında dərc edilib. Sənəddə qeyd edilir ki, 2022-ci ildə "dəyişilmiş sosial-iqtisadi şəraitin təsirindən" rusiyalıların xaricə miqrasiya axını artıb.
"Bununla əlaqədar olaraq insan kapitalının saxlanılmasının cəzbedici maliyyə, sosial və digər mexanizmlərinin yaradılması, Rusiya əhalisinin xaricə axınının azaldılması üzrə əlavə tədbirlər görülməsi tələb edilir" - fərmanda deyilir.
Sənəd həmçinin xüsusi hərbi əməliyyatın keçirilməsi dövründə daimi yaşayış yerlərini tərk etmiş "DXR", "LXR", Zaporojye və Xerson sakinlərinin Rusiya Federasiyasına könüllü köçürülməsini nizamlayır.
2022-ci ildə Rusiya Federasiyasından 2 dəfə-birinci dəfə yazda, Ukraynaya tammiqyaslı hərbi müdaxilədən sonra, ikinci dəfə rusiyalıların müharibəyə "qismən" səfərbərlik elan edilməsindən sonra mühacirlik dalğası baş verib.
Kremlin dəyərləndirilməsinə görə, payızda Rusiyanı təxminən 1 milyon insan tərk edib.
Müstəqil ekspertlər hesab edir ki, ötən il Rusiyanı təxminən 550-800 min vətəndaş tərk edib.
Bu ilin aprel ayında "Moscow Times" nəşrinin payızda və qışda Rusiya hökumətində keçirilmiş müşavirələrin gedişindən məlumatı olan mənbəsi deyib ki, mühacirlik dalğası Putinə "şəxsən toxunub".
Onun səfərbərliyə cəlb etmək istədiyi insanlar utanmadan ölkəni tərk edib, gerçək zamanda baş verənləri müşahidə edən hakimiyyətin isə bunun qarşısını almaq üçün qanuni imkanları olmayıb.
Rusiyalıların qaçışı Putini qəzəbləndirdiyindən, "gələcəkdə bunun qarşısının alınması və insanlarda vətənpərvərlik hissinin təbliğ edilməsi tapşırığı verilib" - nəşrin həmsöhbəti deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş