Sizin reklam burada
Sizin reklam burada

"Vaşinqton və Brüssel narahatdır"

"Vaşinqton və Brüssel narahatdır"
ABŞ və Avropa İttifaqı Çinin iqtisadi təsirinə qarşı çıxmaq üçün iqtisadi təhlükəsizlik tədbirləri üzrə əməkdaşlığı gücləndirmək niyyətindədir.
Bu barədə “Bloomberg” agentliyi ABŞ-Avropa İttifaqı Ticarət və Texnologiya Şurasının dördüncü iclası ilə bağlı bəyanat layihəsinə istinadən məlumat yayıb.
Sənəddə qeyd edilib ki, Vaşinqton və Brüssel Çinin xarici hökumətlərə təsir göstərmək üçün iqtisadi vasitələrdən istifadə etməsinə görə narahatdır.
Bildirilib ki, ABŞ və Aİ bu bəyanatda Rusiya və Belarusa qarşı sanksiyalara riayət edilməsi məsələsini də xatırladacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş