Sizin reklam burada
Sizin reklam burada

"Rusiya Kiyevdən real qisas ala bilməyəcək"

"Rusiya Kiyevdən real qisas ala bilməyəcək"
"Rusiya çox güclü istəklə belə, mayın 3-də Moskvanın mərkəzinə hücuma görə Kiyevdən real qisas ala bilməyəcək. Çox güman ki, Kreml Ukraynaya qarşı təhdid taktikasından istifadə edəcək".
Bunu Ukrayna Prezident Aparatı rəhbərinin keçmiş köməkçisi Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, Kreml artıq Ukraynada bütün mümkün hərbi vasitələrdən istifadə edib.
“Bütün hərbi vasitələr tükənib. Ona görə də Kiyevə verilən cavab simvolikdir” - Arestoviç bildirib.
O qeyd edib ki, Kiyevə nüvə hücumu təhlükəsi mümkün olmayan revanş variantıdır, ilk növbədə Çin Rusiyaya Ukraynaya nüvə başlıqları atmağa imkan verməyəcək: “Qərbi hədələyə bilər. Amma Çini təhdid etmək çox çətindir, çünki birmənalı olaraq nüvə silahından istifadənin əleyhinədir”.
Arestoviç qeyd edib ki, Kiyev əvvəllər həqiqətən də Kremlin ən azı taktiki nüvə silahından istifadə edəcəyini gözləyib. Ancaq bu seçim indi mümkünsüz görünür.

Conflict.az

  • Sosial şəbəkədə paylaş