Sizin reklam burada
Sizin reklam burada

"Satqın adlandırmaqdan qorxmuram"

 "Satqın adlandırmaqdan qorxmuram"
Mən müxalifətlə bütün mövzuları müzakirə etməyə hazıram. Sizi heç qorxmamağa, düşünməyə və bəzən gözlənilməz fikirlər söyləməyə çağırıram. Məni o qədər satqın adlandırıblar ki, artıq satqın adlandırmaqdan qorxmuram.
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin bu gün keçirilən iclasında deputatların sualına cavab olaraq deyib.
O, “Nemezis” terror hərəkatına, o cümlədən faşist Qaregin Njdeyə abidə qoyulmasını yanlış adlandırıb: “Ölkəmizin 30 illik müstəqilliyi dövründə niyə şahların heykəli yoxdur? Soruşuram, niyə yoxdur? Çünki bizim vətənpərvərlik modelimiz dövlət modeli deyil. Vətənpərvərlik modelinin özəyi erməni dövlətçiliyi deyil, kral ilk növbədə dövlətçilik rəmzidir. Əsl problem budur. İndiki erməni vətənpərvərliyi müstəqil və suveren dövlətə əsaslanmır”.
Qeyd edək ki, Türkiyə türk diplomatlara qarşı terror həyata keçirən və onları qətlə yetirən “Nemezis” terror hərəkatına İrəvanda heykəl qoyulduğu üçün Ermənistan təyyarələri üçün hava məkanını bağlayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş