Sizin reklam burada
Sizin reklam burada

"Bu, Tehranın Moskvaya silah tədarükünü təsdiqləyir"

"Bu, Tehranın Moskvaya silah tədarükünü təsdiqləyir"
Rusiya işğalçı qüvvələri Ukraynaya qarşı müharibədə özlərinin “Kornet”ləri əvəzinə, İrana məxsus “Dəhlaviya” tank əleyhinə sistemlərindən istifadə etməyə başlayıblar.
Bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
Onun sözlərinə görə, bu, Tehranın Moskvaya silah tədarükü nomenklaturasını genişləndirdiyini təsdiqləyir.
İndiyədək İran Rusiyaya “Mühacir-6”, “Şahid-131” və “Şahid-136” dronları, “Qaem-5” hava bombası, NIJ II dəbilqələri və “Ruin-3” bədən zirehləri tədarük edib.
Kovalenko əlavə edib ki, tanklar üçün 125 mm-lik OF-19 mərmilərinin tədarükü barədə də məlumat var: "Rusiya gələcəkdə İrandan “Fateh-110” və “Zülfüqar” ballistik raketlərini ala, həmçinin “Şahid-131” və “Şahid-136” kamikadze pilotsuz uçan aparatlarının tədarükünə dair yeni müqavilələr bağlaya bilər”.
Digər tərəfdən, Kovalenko əlavə edib ki, İran tank əleyhinə sistemlərinin rusların arsenalında peyda olması barədə əvvəllər məlumat olmayıb: “Onu da qeyd edim ki, “Dəhlaviya” tank əleyhinə raketinin üzə çıxması Rusiyada “Kornet” tank əleyhinə raketlərinin tükənməsi və onların tez və lazımi həcmdə istehsalının mümkünsüzlüyü ilə bağlı ola bilər”.
Dünən İngiltərənin “The Guardian” qəzeyi İranın Rusiyaya təkmilləşdirilmiş bombardmançı PUA-ları verməsi haqda yazmışdı. Rusiya kamikadze dronlarının əvəzinə zərbədən sonra bazaya qayıda bilən dronlardan istifadə etməyə başlayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş