Sizin reklam burada
Sizin reklam burada

"Bacarsaydılar, hamımızı öldürərdilər"

 "Bacarsaydılar, hamımızı öldürərdilər"
İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsün mərkəzində avtomobilin piyadaları vurması hadisəsini terror aktı adlandırıb.
Bu barədə baş nazirin ofisi məlumat yayıb.
“Əgər onlar bacarsaydılar, hamımızı öldürərdilər. Lakin onlar yox, biz qalib gəldik. Biz bədəl ödəyərək güclü polis və ordu ilə möhtəşəm ölkə yaratmışıq” - deyə bildirilib.
Qeyd edək ki, bu gün naməlum sürücü maşını piyadaların üzərinə sürüb. Sürücü dərhal zərərsizləşdirilib, 5 piyada xəsarət alıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş