Sizin reklam burada
Sizin reklam burada

Obyektlərə Rusiyanı şöhrətləndirən adların verilməsi qadağan edildi

Obyektlərə Rusiyanı şöhrətləndirən adların verilməsi qadağan edildi
Prezident Vladimir Zelenski Ukraynada toponimlərin “dekolonizasiyasını” nəzərdə tutan “Coğrafi adlar haqqında” qanunu imzalayıb.
Bu barədə Ukrayna Ali Radasının rəsmi internet portalı məlumat yayıb.
Bu qanuna əsasən, indi Ukraynada coğrafi obyektlərə Rusiyanı simvolizə edən və ya şöhrətləndirən adların verilməsi qadağandır. Rusiya tarixində yaddaqalan yerlər, tarixlər, hadisələrlə əlaqəli toponimlər də qadağandır.
Qanun coğrafi obyektlərə Ukraynaya və ya başqa ölkəyə qarşı təcavüz etmiş, sovet və Rusiya rejimlərinin totalitar siyasətini və praktikasını həyata keçirmiş tarixi şəxsiyyətlərin adının verilməsini qadağan edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş