Sizin reklam burada
Sizin reklam burada

“Ukrayna ələ keçirilən ərazini qaytarmalıdır”

“Ukrayna ələ keçirilən ərazini qaytarmalıdır”
Ərazilərin işğaldan azad edilməsi məqsədilə effektiv əks-hücum əməliyyatlarının aparılması barədə qərarı Ukraynanın hərbi rəhbərliyi müstəqil şəkildə qəbul edir.
Bu barədə ABŞ Dövlət Departamentinin katibi Entoni Blinken mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar lazım gələrsə, Ukraynaya öz məsləhət və dəstəyini verməyə hazırdır. Bununla belə, Ukrayna özü Rusiyanın işğal etdiyi əraziləri azad etmək məqsədilə əks-hücum əməliyyatları keçirməklə bağlı mühüm qərarlar qəbul edir.
“Ukrayna özünü Rusiyanın təcavüzündən ən effektiv şəkildə necə müdafiə edə biləcəyinə qərar verməlidir və ondan ələ keçirilən ərazini qaytarmalıdır” - Blinken vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş