Sizin reklam burada
Sizin reklam burada

"Ukrayna öz nüvə silahını yarada bilər”

"Ukrayna öz nüvə silahını yarada bilər”
Siyasi həll yolu olsa və lazım gələrsə, Ukrayna qısa müddət ərzində öz nüvə silahını yarada bilər.
Bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Məsələ budur ki, dinc məqsədli nüvədən hərbi nüvəyə keçid sadə bir addımla mümkündür. Bizim təkcə elmi-texniki potensialımız yox, həm də istehsal potensialımız var. Müstəqil şəkildə uranı istehsal edib zənginləşdirə bilərik” - ekspert bildirib.
Eyni zamanda, Jdanov qeyd edib ki, zənginləşdirmə ilə bağlı kiçik bir nüans var, bunun üçün zənginləşdirmə müəssisəsi tikmək lazımdır. O, 2006-2007-ci illərdən belə söhbətlərin getdiyini söyləyib.
“Ən vacibi odur ki, xammalımız var. Siyasi qərar olarsa, Ukrayna qapalı hasilat tsikli olan ölkəyə çevrilə bilər - uran hasilatından nüvə silahı istehsalına qədər. Siyasi qərarla və lazım gələrsə, Ukrayna qısa müddət ərzində öz nüvə silahını yarada bilər” - Jdanov əlavə edib.
Hərbi ekspert bunun üçün Ukraynanın elmi, sənaye və xammal bazasının olduğunu bildirib.
1991-ci ilə qədər Ukrayna nüvə arsenalının həcminə görə ilk üç ölkə arasında idi. 1994-cü ildə rəsmi Kiyev Budapeşt Memorandumunu imzalayaraq, nüvə silahlarından imtina edib.
Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Malomuj deyib ki, Ukraynanın hərbi və kəşfiyyat xidmətləri o zamankı prezident Leonid Kravçukdan və parlamentdən Rusiyadan gələ biləcək təhlükədən qorunmaq üçün nüvə silahının heç olmasa bir hissəsini saxlamağı xahiş edib. Rusiya isə nüvə silahlarından imtina edəcəyi təqdirdə Ukraynaya hücum etməyəcəyi öhdəliyini üzərinə götürmüş, ABŞ və bir sıra Avropa dövlətləri bununla bağlı Kiyevə təminat vermişdi.
2021-ci ildə Ukrayna Prezidenti Vladimir Zelenski nüvə silahlarının Kiyevə qaytarılmasına qarşı çıxıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş