Sizin reklam burada
Sizin reklam burada

"O demək deyil ki, Çin Rusiyanın tərəfindədir”

"O demək deyil ki, Çin Rusiyanın tərəfindədir”
“Moskva və Pekin arasında “sərhədsiz dostluq” bəyannaməsi ritorikadan başqa bir şey deyil”.
Bunu Çinin Avropa Birliyindəki səfiri Fu Sun deyib.
Çinli tənqidçilərin ölkəsinin Rusiya ilə münasibətlərini səhv şərh etdiklərini bildirib. Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr liderlərinin iddia etdiyi kimi sərhədsiz olmaya bilər.
Ötən ay Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin ölkələrin dostluğunu “sərhədsiz” elan edən birgə bəyanat imzalayıblar. Amma Fu Sun Çinin müharibədə Rusiyanın tərəfində olmadığını və bəzi insanların “sərhədsiz dostluq” dedikdə yanlış fikirlər irəli sürdüklərini söyləyib.
“Sərhədsizlik” ritorikadan başqa bir şey deyil” - səfir vurğulayıb.
Fu qeyd edib ki, Çin Rusiyaya hərbi yardım göstərməyib, Krım və Donbas da daxil olmaqla Ukrayna ərazilərini ilhaq etməsini tanımır. Onun sözlərinə görə, Pekin işğalı qınamır, çünki Rusiyanın NATO-ya qarşı müdafiə səylərini başa düşür və səbəblərin Qərb liderlərinin dediklərindən daha mürəkkəb olduğuna inanır.
“İnsanlar dövlət başçısının mesajına kökləniblər. Prezident Sinin Zelenski ilə danışmaması o demək deyil ki, Çin Ukrayna məsələsində Rusiyanın tərəfindədir” - Fu Sun əlavə edib.
Rusiya artıq Çinin bəyanatına reaksiya verib.
Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Kreml Moskvada Putin və Cinpin arasında baş tutan təmasların məzmun və ruhunu rəhbər tutur.
“Onların qarşılıqlı anlaşmasının bütün konteksti Rusiya-Çin danışıqları nəticəsində qəbul edilmiş bəyanatda öz əksini tapıb. Çox anlamlıdır. Ümumi gündəmdə olan məsələlərin bütün spektrini tam əhatə edən də məhz budur” - Peskov deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş