Sizin reklam burada
Sizin reklam burada

"Bu, Vladimir Putinin gizli qış iqamətgahıdır"

"Bu, Vladimir Putinin gizli qış iqamətgahıdır"
Rusiyanın Krasnodar vilayətində, Prezident Vladimir Putinin Krasnoya Polyanadakı gizli iqamətgahının yaxınlığında “Pantsir-S1” zenit-raket kompleksi quraşdırılıb.
Bu barədə “Navalny LIVE”nin “Putinin dağ iqamətgahının sirləri” adlı araşdırmasında deyilir.
“Hava hücumundan müdafiə qurğusundan bir kilometr məsafədə Rusiya Federasiyasının prezidenti ilə rəsmi əlaqəsi olmayan binalar kompleksi var. Bütün bunlar 20 hektar torpaq sahəsində iki nəhəng evi, onu müşayiət edənlər üçün tikililəri, helikopter meydançasını əhatə edir. Sənədlərə görə, bunlar “Qazprom”a məxsusdur. Amma əslində bu, Vladimir Putinin gizli qış iqamətgahıdır. Onun xizək sürdüyü yer buradır” - məlumatda deyilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş