Sizin reklam burada
Sizin reklam burada

"Hərbi potensialımızı gücləndirəcəyik"

"Hərbi potensialımızı gücləndirəcəyik"
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Finlandiyanın NATO-da iştirakına qarşı qərb və şimal-qərb istiqamətində ölkəsinin hərbi potensialını gücləndirəcəyini bəyan edib.
O, bu barədə Finlandiyanın NATO-ya üzvlüyünü dəyərləndirərəkən mətbuata verdiyi açıqlamada bildirib.
Rusiyanın Finlandiyanın NATO-ya üzv olmasına qarşı lazımi addımlar atacağını bildirən Qruşko deyib: "Qərb və şimal-qərb istiqamətində hərbi potensialımızı gücləndirəcəyik. Əgər digər NATO üzvlərinə məxsus hərbi qüvvələr və maşınlar Finlandiyaya yerləşdirilərsə, əlavə addımlar atacağıq. Rusiyanın hərbi təhlükəsizliyini möhkəm şəkildə təmin edəcəyik”.
Qeyd edək ki, NATO-nun baş katibi aprelin 4-də Finlandiyanın alyansın 31-ci üzvü olacağını və ölkənin bayrağının NATO-nun mənzil-qərargahında dalğalanacağını açıqlayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş