Sizin reklam burada
Sizin reklam burada

"Hansı üzlə prezidentlə görüş istəyəcəksən?"

"Hansı üzlə prezidentlə görüş istəyəcəksən?"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 14 may seçkilərində müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu ilə görüşəndən sonra ABŞ-ın Ankaradakı səfiri Cefri Fleykin qəbulunu davam etdirməkdən imtina edib.
Bu barədə "Star" qəzeti yazır.
Türkiyə lideri xatırladıb ki, amerikalı diplomat üçün Ankarada həmsöhbət hakimiyyət və prezident olmalıdır və o, bunun üçün təyin olunub.
"Co Baydenin səfiri bəy Kamalı ziyarət edir. Siz səfirsiniz. O zaman hansı üzlə durub prezidentlə görüş istəyəcəksən? Qapılarımız onun üzünə bağlıdır, daha içəri girə bilməz. Niyə? Qoy yerini bilsin!" – Ərdoğan bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş