Sizin reklam burada
Sizin reklam burada

ABŞ Çinlə köhnə taktikanı təkrarlayırlar"

ABŞ Çinlə köhnə taktikanı təkrarlayırlar"
Rəsmi Pekin Yaponiyaya ABŞ-ın Çində mikrosxem istehsalına maneələr yaratmağa yönəlmiş siyasətini dəstəkləməmək təklifi ilə müraciət edib.
Bu təklifi Çinin xarici işlər naziri Qin Qanq yaponiyalı həmkarı Yoşimase Hayaşiyə bildirib.
"Əvvəllər Birləşmiş Ştatlar Yaponiyada yarımkeçirici sənayesinin inkişafını tərəddüd etmədən dayandırırdı və indi də Çinlə eyni köhnə taktikanı təkrarlayırlar. Özünüzə rəva görmədiyinizi başqalarına tətbiq etməyin" - o bildirib.
Çinin xarici işlər naziri qeyd edib ki, texnologiyaya qoyulan məhdudiyyətlər yalnız Pekinin texnoloji axtarışlarını artıracaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş