Sizin reklam burada
Sizin reklam burada

“Rusiya Moldovada rusiyayönlü qüvvələri hakimiyyətə gətirmək istəyir”

“Rusiya Moldovada rusiyayönlü qüvvələri hakimiyyətə gətirmək istəyir”
“Rusiya Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Moldovada rusiyayönlü qüvvələri hakimiyyətə gətirmək istəyir”.
Bunu Moldova Prezidenti Maya Sandu deyib.
Onun iddiasına görə, Rusiya Moldovada legitim hökuməti devirməyə çalışır və Kişinyovda bunla bağlı sübutlar var: “Rusiya Moldovadan Ukraynaya qarşı istifadə etmək üçün Kişinyovda rusiyapərəst hökumət qurmağa çalışır, məsələn, Belarusda olduğu kimi. Kremlin Belarusda nüvə silahı yerləşdirəcəkləri ilə bağlı son bəyanatını gördünüz. Rusiya Moldova məsələsində də məhz bunu etmək istəyir”.
Sandu hesab edir ki, Rusiya Moldovada sabitliyi pozmaq cəhdlərini dayandırmayacaq. O, qeyd edib ki, ölkədə korrupsiya, xaos və korrupsioner siyasətçilərin olması Rusiyanın maraqlarına uyğundur və bu siyasətçiləri ələ alaraq ölkəmizə nəzarət etmək üçün öz maraqları naminə onlardan istifadə edə bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş