Sizin reklam burada
Sizin reklam burada

"Qərb QHT-lər vasitəsilə vəziyyəti daxildən tənzimləmək istəyir”

"Qərb QHT-lər vasitəsilə vəziyyəti daxildən tənzimləmək istəyir”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Gürcüstanın işlərinə qarışmaq və bu ölkənin siyasətinə kənardan təsir göstərmək cəhdlərini qəbuledilməz adlandırıb.
O, bu barədə Edqar Qvazavanın Çoxqütblülük layihəsinə müsahibəsində bildirib.
Rusiyalı diplomatın sözlərinə görə, Qərbin hərəkətləri “QHT-lər adlanan qurumlar vasitəsilə vəziyyəti daxildən tənzimləmək” məqsədi daşıyır.
Zaxarova vurğulayıb ki, ictimai xadimlər vasitəsilə Gürcüstan siyasətinə bu cür müdaxilələr “birbaşa kənardan yönəldilir”. XİN nümayəndəsinin fikrincə, müvafiq təsir cəhdləri regionun təhlükəsizliyini və sabitliyini poza bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş