Sizin reklam burada
Sizin reklam burada

"Vəziyyəti diqqətlə izləyirik"

"Vəziyyəti diqqətlə izləyirik"
Birləşmiş Millətlər Təşkilatı bəyan edib ki, Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planları fonunda nüvə silahının yayılması ciddi narahatlıq doğurur.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmək hər bir üzv dövlətin məsuliyyətidir.
"Biz bu vəziyyəti çox diqqətlə izləyirik" - açıqlamada bildirilib.
BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib ki, üzv dövlətlər Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl etməli, müqavilənin məsuliyyət və öhdəliklərini yerinə yetirməlidirlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş