Sizin reklam burada
Sizin reklam burada

"Biganəliyin qurbanları" sənədli filmi İmişlidə nümayiş olundu

"Biganəliyin qurbanları" sənədli filmi İmişlidə nümayiş olundu
06 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi, İmişli rayonunda, "Regional amillərin və mental dəyərlərin məişət zorakılığında rolu" adlı layihə çərçicəsində 8 saylı şəhər tam orta məktəbində yeniyetmə və gənclərin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abışov öncə tədbir iştirakçılarını salamladı, məişət zorakılığı ilə bağlı problemin aktual və bəşəri problem olduğunu qeyd etdi. Sonra söz Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin sədri Qasım Həsənova verildi. İctimai Birliyin sədri layihənin icrasında onlara yaxından kömək edən Azərbaycan Respublikası Prezident Admnistrasiyasına, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və İmişli rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirdi. Q.Həsənov layihə çərçivəsində çəkilmiş "Biganəliyin qurbanları" sənədli filmi haqqında danışarkən bildirdi ki, məişət zorakılığının mənfi və qalıcı fəasadları olur. Bu problemin qarşısının alınmasının hüquqi yolları haqqında tədbir iştirakçılarına məlumat verən sədr, filmin real faktlar əsasında çəkildiyini bildirdi. QHT sədri əlavə olaraq qeyd etdi ki, bu problemdən ən çox əziyyət çəkən zorakılığın baş verdiyi ailələrdə böyüyən uşaqlardır. "Statistikaya əsasən məişət zorakılğını törədən şəxslərin 60%-i məhz həmin ailələrdə böyüyən insanlardır" - deyə bildirən Q.Həsənov cəmiyyəti bu cür problemin qarşısını almaq üçün dövlətə yardım etməyə çağırdı.
"Biganəliyin qurbanları" sənədli filmi İmişlidə nümayiş olundu
Sonra "Regional amillərin və mental dəyərlərin məişət zorakılığında rolu" adlı layihə çərçicəsində çəkilmiş "Biganəliyin qurbanları adlı film tədbir iştirakçılarına nümayiş olundu.
Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Namiq Ağacanov da, iştirak edirdi
"Biganəliyin qurbanları" sənədli filmi İmişlidə nümayiş olundu
"Biganəliyin qurbanları" sənədli filmi İmişlidə nümayiş olundu
"Biganəliyin qurbanları" sənədli filmi İmişlidə nümayiş olundu
Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin Mətbuat xidməti

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ