Sizin reklam burada
Sizin reklam burada

"Prezident olmaq lazımdır"

"Prezident olmaq lazımdır"
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının mühafizəkar dairələrinin paytaxt rayonunda keçirilən illik konfransında çıxış edərək, seçkilərdə dövlət başçısı seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni bir günə həll edəcəyinə yenidən söz verib.
Veriliş yutubda “CNN-News”18 tərəfindən aparılıb.
“Mən prezident kimi bu vəziyyəti 24 saat ərzində həll edə bilərdim. 24 saat ərzində edərdim. Bunun üçün prezident olmaq lazımdır, səlahiyyətlər, vəzifə lazımdır” - Tramp deyib.
Siyasətçi bunun çətin olmayacağını desə də, planını necə həyata keçirəcəyini açıqlamayıb. Ağ Evin keçmiş rəhbəri əlavə edib ki, bu barədə danışsaydı, yəqin ki, bunu edə bilməzdi.
Daha əvvəl Florida ştatında tərəfdarları qarşısında çıxış edən Tramp Amerika dövlətinin başçısı seçiləcəyi təqdirdə Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskiyə dərhal zəng edəcəyini vəd edib. “Mən zəmanət verirəm ki, bu məsələni həll edə bilərəm... 24 saat ərzində müqavilə bağlayacağıq” - deyə siyasətçi bildirib.
Tramp deyib ki, Ukraynadakı münaqişənin nəticəsi NATO ölkələri üçün ABŞ-dan daha vacibdir, baxmayaraq ki, Vaşinqton Kiyevə dəstək üçün alyans ölkələrindən qat-qat çox vəsait ayırır: “Biz dünyanın qalan hissəsi üçün özlərinin həll etmədiyi problemləri həll edirik. Bizi sərmayə qoymağa məcbur edirlər. Biz Ukraynaya diqqət ayırırıq, hamımız bundan çox narahatıq. Bəs niyə NATO bizim qədər xərcləmir? ABŞ Ukraynaya 140 milyard dollar ayırıb, NATO isə bunun yalnız kiçik bir hissəsini sərmayə qoyub. Şimali Atlantika Alyansı üçün Ukrayna ətrafındakı vəziyyət harada baş verdiyinə görə daha əhəmiyyətlidir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ