Sizin reklam burada
Sizin reklam burada

"Bizə atəşkəs və sülh danışıqlarının başlanması lazımdır"

"Bizə atəşkəs və sülh danışıqlarının başlanması lazımdır"
Macarıstan Çinin Ukraynada sülh yolu ilə nizamlanma planını dəstəkləyir.
Bunu Macarıstan Baş naziri Viktor Orban bildirib.
"Bizə atəşkəs və sülh danışıqlarının başlanması lazımdır. Macarıstan bütün beynəlxalq forumlarda sülhə çağırır, görürəm ki, dövlətlərin əksəriyyəti sülhü dəstəkləyir. Macarıstan özünü dünyanın əksər hissəsindən təcrid edə bilməz. Ona görə də biz Çinin sülh planını vacib hesab edirik və onu dəstəkləyirik” - V.Orban deyib.
Qeyd edək ki, Pekin bundan əvvəl 12 bəndlik sülh təklifi ilə çıxış edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş