
Ermənistan-Türkiyə sərhədindəki körpülər və yollar istifadəyə yararlıdır.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yollara və körpülərə baxışın nəticələri göstərdi ki, onlar istismara yararlıdır” - Ermənistan XİN-in bəyanatında deyilir.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyan ilə iki ölkə arasında yerüstü əlaqənin açılması üçün infrastrukturun hazırlanması prosesini sürətləndirmək barədə razılıq əldə edildiyini bildirib.
Conflict.az