Sizin reklam burada
Sizin reklam burada

"Ukrayna Aİ və NATO-ya üzv olmalıdır"

"Ukrayna Aİ və NATO-ya üzv olmalıdır"
“Şərqi Avropada və bütün Avro-Atlantik məkanda davamlı sülhün bərqərar olması üçün bir neçə şərt var. Onlardan biri Rusiyanın transformasiyasıdır”.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bunu “CNN” telekanalına müsahibəsində deyib.
“Regionda və bütün Avro-Atlantik məkanda davamlı sülhü təmin etmək üçün nə etmək lazımdır? Bu sualın iki cavabı var. Birincisi, Ukrayna Aİ və NATO-ya üzv olmalıdır. İkincisi, Rusiya dəyişməlidir. Ən maraqlı müzakirə isə Rusiya ilə nə ediləcəyi ilə bağlıdır” - deyə, o bildirib.
Onun sözlərinə görə, Rusiya indiki kimi təcavüzkar olaraq qala bilməz. Və dəyişikliyin kənardan başqa ölkələr tərəfindən təşkil edilməsi lazım deyil.
“Düşünürəm ki, normal həyata qayıtmaq üçün nəyi dəyişmək lazım olduğunu ruslar özləri də düşünməlidirlər. Nəhayət, dayanıqlı sülh o zaman mümkün olacaq ki, Rusiya təhdid olmaqdan əl çəksin”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş