Sizin reklam burada
Sizin reklam burada

"İstanbul zəlzələsinin hərbi yöndən təhlükəsi nə ola bilər?"

"İstanbul zəlzələsinin hərbi yöndən təhlükəsi nə ola bilər?"
İsgəndərun və Hatay Türkiyənin ərazi sularının qəlbidir. İsgəndərun və Hatayda hər hansı dəyişiklik bütün dənizlərimizi "itirməklə" nəticələnə bilər.
Bu açıqlama ilə Türkiyənin ehtiyatda olan kontr-admiralı Cihad Yaycı çıxış edib.
“İdxal və ixracımızın 90 faizini dəniz yoluyla edirik. Bunun 52 faizi İstanbul və ətraf limanların payına düşür. Limanların çökməsi idxal və ixracatımızı, xaricdən gələn yardımları dayandıra bilər” - o bildirib.
"İstanbul zəlzələsinin hərbi yöndən təhlükəsi nə ola bilər?" sualına isə Yaycı belə cavab verib: “Donanma Komandanlığı, 2 hərbi tərsanəmiz, Türkiyə Müdafiə Sənayesinin 78 tərsanəsi buradadır. Burada bir zəlzələ ən azından dənizçilik baxımından müdafiə sənayemizi çökdürər”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş