Sizin reklam burada
Sizin reklam burada

“Avropa institutları istiqamətində bəyanatlar verənlər ölkələrini itirəcəklər"

“Avropa institutları istiqamətində bəyanatlar verənlər ölkələrini itirəcəklər"
“Rusiya əvvəl ekspertlər, indi isə rəsmi səviyyədə Ermənistana xəbərdarlıq etməyə başlayıb”.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistana ünvanladığı bu hədəsinə diqqət çəkib: “Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə öz ölkələrini itirəcəklər. Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olunmayacaq. Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər on dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidirlər”.
Qəzet Rusiyanın Ermənistana xəbərdarlığının kifayət qədər açıq olduğunu bildirib: “Gərək sadəlövh olasan ki, Volodinin bu açıqlamasının, mesajının istiqamətini başa düşməyəsən. Əslində Rusiya növbəti dəfə İrəvana xəbərdarlıq edir. Yeri gəlmişkən, artıq İrəvanda H-1 telekanalına müsahibəsində başqa bir rusiyalı - Dmitri Suslovdan bir qədər fərqli ifadələrlə ilə oxşar xəbərdarlığı eşitmişik. Əlbəttə, Suslov ekspert səviyyəsində xəbərdarlıq etdi, ona görə də bunu yarı-rəsmi saydıq. Amma indi yüksək vəzifə tutan bir şəxs - Volodin eyni şeyi söyləyəndə deyə bilərik ki, Moskva artıq rəsmi şəkildə İrəvana xəbərdarlıq edir. Demək istədiyi isə budur: ağıllı ol, əks halda ölkəni itirə bilərsən”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş