Sizin reklam burada
Sizin reklam burada

Ayman Əl-Zəvahirini İrandakı varisi əvəz edir

Ayman Əl-Zəvahirini İrandakı varisi əvəz edir
Birləşmiş Ştatların “Əl-Qaidə” lideri Ayman Əl-Zəvahirini Əfqanıstanın paytaxtı Kabildə hava hücumu zamanı öldürməsindən altı ay sonra terror qruplaşmasının rəhbərliyi onun İrandakı varisinə keçib.
“Amerikanın səsi” xəbər verir ki, BMT-yə üzv dövlətlərin kəşfiyyat məlumatlarına əsaslanan yeni hesabatda Sayif Əl-Adil “hazırda Əl-Qaidənin faktiki lideridir və davamlılığı təmsil edir” qənaətinə gəlinib.
“Əl-Qaidə” 2022-ci il iyulun 31-də Əl-Zəvahirinin ölümü ilə nəticələnən hava zərbəsindən sonra rəhbərliyinin statusu ilə bağlı səssizlik nümayiş etdirib. Hesabatda səssizliyin iki səbəbi göstərilib.
Hesabatda deyilib ki, Əl-Adilin rəhbər olması barədə məlumat “Əl-Qaidənin əfqan Talibanının Kabildə Əl-Zəvahirinin ölümünü və [Əl-Adilin] İran İslam Respublikasında olduğu qorxusuna qarşı həssaslığına görə” açıqlana bilməz.
ABŞ-ın agentləri də olmaqla, Qərb kəşfiyyat agentlikləri uzun müddətdir ki, Əl-Adilə Əl-Zəvahirinin ehtimal varisi kimi baxıb və Misirin keçmiş xüsusi təyinatlılar zabitini müxtəlif yerlərdə böyük əməliyyat təcrübəsi olan bacarıqlı komandir kimi təsvir edib.
1990-cı illərin əvvəllərindən başlayaraq Əl-Adil Əfqanıstan, Pakistan və Sudandakı döyüşçülərə hərbi və kəşfiyyat təlimləri verən komandanın üzvü idi.
O, həmçinin 1992-1994-cü illərdə Moqadişuda ABŞ qüvvələri ilə döyüşən “Əl-Qaidə”nin Misir qolu olan “Misir İslami Cihad”ın və somalililərin təlimlərinə yardım edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş