Sizin reklam burada
Sizin reklam burada

Rusiya taxıl ixracı üçün 25,5 milyon ton həcmində kvota tətbiq edir

Rusiya taxıl ixracı üçün 25,5 milyon ton həcmində kvota tətbiq edir
Fevralın 15-dən Rusiya buğda üçün ixrac rüsumunu 4,1 faiz artıracaq.
Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi bildirib.
Məlumata görə, fevralın 15-dən Rusiya Federasiyasından buğdanın ixrac rüsumu bir ton üçün 4496,6 rubldan 4653,5 rubla qədər artırılıb.
Arpa rüsumu 3175,2 rubldan 3209,1 rubla, qarğıdalı 1 ton üçün 1505,7 rubldan 1670 rubla qədər yüksəlib.
Yeni rüsumlar fevralın 21-dək qüvvədə olacaq. Həmçinin fevralın 15-dən Rusiya taxıl ixracı üçün 25,5 milyon ton həcmində kvota tətbiq edir.
Bu qərar isə iyunun 30-dək qüvvədə qalacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ