Sizin reklam burada
Sizin reklam burada

"Baydenin məxfi sənədlərini yoxlayın”

"Baydenin məxfi sənədlərini yoxlayın”
Keçmiş ABŞ prezidenti ölkə Federal Təhqiqatlar Bürosunu Gestapo ilə müqayisə edib.
Bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mar-a-Laqo basqını zamanı “Gestapo”nun ələ keçirdiyi qondarma “sənədlərin” bir çoxu çox ucuz və tamamilə adi qovluqlar idi, üzlükləri möhürlənmişdi. Qovluqlarda heç nə yox idi, çünki Oval kabinetdə keçirilən brifinqlərdən sonra kağızlar qaytarıldı, amma qovluqlar qalırdı” o, bildirib.
Tramp vurğulayıb ki, qovluqları saxlamasında heç bir qanun pozuntusu görmür. “Bunlar sənəd deyil. Bu insanlar sadəcə problem axtarırlar! Baydenin məxfi sənədlərini yoxlayın” - eks-prezidenti çağırış edib.
Xatırladaq ki, ötən il avqustun 8-də FTB Trampın Mar-a-Laqodakı malikanəsinə basqın edərək yoxlama aparıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş