Sizin reklam burada
Sizin reklam burada

"Ukraynadakı münaqişənin III Dünya Müharibəsinə çevrilməsini dayandırmaq üçün hərbi məntiqindən imtina etməliyik"

"Ukraynadakı münaqişənin III Dünya Müharibəsinə çevrilməsini dayandırmaq üçün hərbi məntiqindən imtina etməliyik"
Bundestaqdakı Sol partiyadan olan parlament qrupunun sədri Sevim Dağdelen NATO-nun Ukraynaya silah tədarükü ilə bağlı tabudan imtina etməsi ilə əlaqədar mümkün nüvə fəlakətindən qorxduğunu bildirib.
Deputat bu barədə Çinin "Global Times" xəbər agentliyinə müsahibəsində danışıb.
"Kanslerin əvvəllər qırmızı xətt hesab etdiyi ağır döyüş tanklarının çatdırılması son dərəcə təhlükəli eskalasiya və tabuların növbəti dəfə pozulmasıdır. Ukraynadakı münaqişənin III Dünya Müharibəsinə və nüvə silahlanmasına çevrilməsini dayandırmaq üçün gərginliyin hərbi məntiqindən imtina etməliyik. Böhrandan diplomatik çıxış yolu tapmaq lazımdır" - Dağdelen deyib.
Qeyd edək ki, Avropa ölkələri, o cümlədən Almaniya, Rusiyanın xüsusi hərbi əməliyyata başlamasından sonra Ukraynaya silah tədarük etməyə başlayıb. Almaniya hökuməti Ukrayna ordusuna “Leopard 2” tanklarının göndərilməsinə qərar verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş