Sizin reklam burada
Sizin reklam burada

"Birlikdə olmaq daha asandır"

"Birlikdə olmaq daha asandır"
Ötən ilin sentyabrda Azərbaycan və Ermənistan arasındakı döyüşlərdən sonra Baş nazir Nikol Paşinyan KTMT-nin təcili iclasını çağıraraq, baş verənlərə “siyasi qiymət” verməsini tələb edib. Bununla bağlı keçirilən toplantıda Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyana, əslində isə Ermənistan hakimiyyətinə kifayət qədər sərt münasibəti ilə seçilib.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr xatırladır ki, Belarus lideri görüşdə Paşinyanı Azərbaycan Prezidenti İlham Əliyevlə oturub danışmağa çağırıb: “Beləliklə, KTMT-nin İrəvanda keçirilən toplantısında Ermənistanla bağlı qətnamə qəbul olunmadı. Üzv ölkələr bunu Ermənistan tərəfinin son anda yekun bəyanata düzəlişlər təklif etməsi ilə əsaslandırdılar, rəsmi İrəvan isə iddia edir ki, sənəddə Azərbaycanı pisləyən konkret qiymət yoxdur.
Bu kontekstdə Lukaşenkonun daha bir açıqlaması diqqət çəkir. Onun sözlərinə görə, KTMT ölkələri Ukrayna ilə Rusiya arasındakı münaqişədən yan keçə bilməyəcəklər. Bu barədə Belarus prezidenti KTMT-nin baş katibi İmanqali Tasmaqambetovla görüşündə deyib.
“Əgər kimsə fikirləşsə ki, Ukrayna ilə Rusiya arasındakı münaqişə bizim münaqişəmiz deyil, bu, baş tutmayacaq. Vaxt gələcək (uzaqda deyil, sözün əsl mənasında sabah) qərar vermək, müəyyən mövqe tutmaq lazım gələcək. Bunu milli maraqların ziyanına demirəm və s. Amma müttəfiq çatışmazlıqlarımıza baxmayaraq, öz siyasətimizi, birlikdə hərəkət etmək xəttimizi dəqiq müəyyən etməliyik. Birlikdə olmaq həmişə daha asandır”, - Lukaşenko qeyd edib”.
“Hraparak” Ermənistanın bütün səylərinə baxmayaraq, Lukaşenkonun KTMT çərçivəsində Azərbaycana qarşı addımların atılmasında maraqlı olmadığını bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş