Sizin reklam burada
Sizin reklam burada

Rusiyaya məxsus hərbi təyyarələrdən ibarət qrupun qarşısı alındı

Rusiyaya məxsus hərbi təyyarələrdən ibarət qrupun qarşısı alındı
Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki “F-35” qırıcısı Polşa səmasında Rusiyaya məxsus üç hərbi təyyarədən ibarət qrupun qarşısını alıb.
Bu barədə “Reuters” məlumat yayıb.
“Naməlum təyyarələr Rusiyanın Kaliniqrad regionu tərəfindən Polşanın NATO-nun məsuliyyət zonasına yaxınlaşıb” - Niderland Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.
Bildirilib ki, iki “Su-27” qırıcısı və bir “İl-20M” elektron kəşfiyyat təyyarəsi ölkənin hava məkanını pozub. Niderlandın 2 “F-35”i Rusiya təyyarələrini müşayiət edib, onları Polşa hava məkanından çıxarıb.
Niderland Müdafiə Nazirliyi fevral-mart ayları ərzində Polşada səkkiz Niderland "F-35"in yerləşdirildiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi isə "Reuters"in sorğusuna dərhal cavab verməyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş