Sizin reklam burada
Sizin reklam burada

"NATO İrana siqnallar göndərməyə davam edəcək"

"NATO İrana siqnallar göndərməyə davam edəcək"
Şimali Atlantika Alyansı ölkələri Rusiya-İran əlaqələrinin hərbi sahədə güclənməsini müzakirə edir və Tehranı Moskvadan dəstəyini geri çəkməyə çağırmağa davam edəcək.
Bu barədə bazar ertəsi ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit onlayn brifinqdə bildirib.
Jurnalistlər ondan Ukraynadakı müharibə fonunda Rusiya ilə İran arasında hərbi əlaqələrin dərinləşməsinə münasibət bildirməyi xahiş ediblər.
“Bu, açıq-aydın hamımızı narahat edən vəziyyətdir. Bu, alyans daxilində müzakirə mövzularından biridir” - daimi nümayəndə cavab verib.
O əlavə edib ki, NATO müharibə ilə bağlı Rusiyaya dəstəyin təhlükəsi barədə İrana siqnallar göndərməyə davam edəcək.
Smit qeyd edib ki, hərbi blok İran PUA-larının Rusiya tərəfindən getdikcə daha çox istifadə edildiyini yaxından izləyir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş