Sizin reklam burada
Sizin reklam burada

"Çin Tayvanı təhdid edir"

"Çin Tayvanı təhdid edir"
Asiyada Ukrayna konfliktinin bənzəri baş verə bilər.
Bu barədə NATO rəhbəri Yens Stoltenberq deyib.
“Avropada baş verənlər sabah Asiyada ola bilər” - deyə o bildirib.
Stoltenberq əlavə edib ki, NATO müttəfiqlərinin Asiya regionundakı proseslərlə bağlı real narahatlıqları var: "Çin heç bir şəffaflıq olmadan öz hərbi gücünü, o cümlədən nüvə qüvvələrini əhəmiyyətli dərəcədə artırır. Cənubi Çin dənizinə nəzarət etməyə çalışır, Tayvanı təhdid edir, kritik infrastruktura nəzarəti ələ keçirməyə çalışır. Həmçinin əhalisini təzyiq altında saxlayır, insan haqlarını pozur və Moskva ilə strateji tərəfdaşlığı dərinləşdirir” - deyə o bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş