Sizin reklam burada
Sizin reklam burada

BMT: "Rəsmlər irqçi nifrətin təzahürüdür”

BMT: "Rəsmlər irqçi nifrətin təzahürüdür”
BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi belə qənaətə gəlib ki, Danimarka irqi ədavətin qızışdırılmasına qarşı təsirli tədbirlər görməyib.
Komitənin ekspertləri tərəfindən Cenevrədə yayılan bəyanata görə, bu, ölkənin hakimiyyət orqanlarının irqçi xarakterli şəkillərin nümayiş olunduğu sənət sərgisi ilə bağlı araşdırmaya xitam verməsində özünü göstərib.
Ekspertlər xatırladıblar ki, bu, 2014-cü ildə Danimarka parlamentinin binasında və Kopenhagendəki özəl qalereyalardan birində Danimarka Xalq Partiyasının himayəsi altında keçirilən ekspozisiya olub.
Afro-İsveç Milli Assosiasiyasının rəsmi nümayəndəsi Momodu Cellou Danimarka hakimiyyətinə şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, o, irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya ilə təmin edilmiş hüquqlarının pozulmasının qurbanı olub.
Rəsmlərin birində Momodu Cellou ağasından qaçan bir qul kimi təsvir edilmişdi, digərində isə o, digər iki qara dərili insanla birlikdə körpünün altında boynundan asılmışdı.
Birinci halda, kətanın üzərindəki yazıda belə yazılmışdı: “Bizim zənci qulumuz qaçır”, ikincidə - “Asılın, Afrofoblar”.
Cellou Danimarka hakimiyyətinə rəssama və sərginin təşkilatçıları ilə bağlı şikayət edib. Kopenhagen dövlət prokuroru əvvəlcə istintaqa başlayıb, lakin sonra Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığına dair 10-cu maddəsini əsas gətirərək prosesi dayandırıb. Onun müraciəti Danimarkada rədd edildikdən sonra o, 2018-ci ildə BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinə müraciət edib.
Komitə üzvləri belə qənaətə gəliblər ki, 2014-cü ildə sərgidə nümayiş etdirilən rəsmlər “irqi və ya etnik üstünlük, nifrət və ya nifrətə təhrik” ideyalarına əsaslandığı üçün “irqçi nifrətin təzahürüdür”.
Ekspertlərin fikrincə, Danimarka hakimiyyəti irqi ayrı-seçkiliyin təzahürünə lazımi reaksiya verməyib. Komitə Danimarkadan şikayətçidən üzr istəməsini və ona pulun tam geri qaytarılmasını təmin etməyi xahiş edib.
BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi 18 müstəqil ekspertdən ibarətdir. Onlar irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın dövlətlər tərəfindən yerinə yetirilməsinə nəzarət edirlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş