Sizin reklam burada
Sizin reklam burada

"Mənə xəbərdarlıq edildi"

"Mənə xəbərdarlıq edildi"
Məndən Almaniya kansleri Olaf Şoltsla zarafat etməmək və artıq danışmamaq tələb olunub.
Bunu Almaniya xarici işlər naziri Annalena Berbok Axen şəhərinin Karnaval Assosiasiyasının "Qəddar ciddiliyə qarşı" ordeni ilə təltif edilərkən deyib.
"Mənə xəbərdarlıq edildi: Annalena, bu həftədən sonra federal kansler haqqında zarafat etmə. Əsasən də artıq heç nə demə. Amma o zaman artıq danışmamaq olar ki, ümumiyyətlə heç nə danışmayasan" - o bildirib.
Qeyd edək ki, orden hər il yumor hissi və xalqa yaxınlığına görə tanınmış siyasətçilərə verilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş