Sizin reklam burada
Sizin reklam burada

"Rusiya ordusunun sayını 1.5 milyon nəfərə çatdıra bilməyəcək"

"Rusiya ordusunun sayını 1.5 milyon nəfərə çatdıra bilməyəcək"
“Yaxın gələcəkdə Rusiya ordusunun sayını 1.5 milyon nəfərə çatdıra bilməyəcək, çünki artıq ölkədə səfərbər edilə biləcək o qədər də çox insan qalmayıb, bir çox insan vətənini tərk edib”.
Bunu Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov deyib.
“Putin ordunu insan resursları ilə doldurmaq niyyətindədir, bunun üçün səfərbərlik elan edildi. Bu, davamlı olaraq baş verir, müdafiə naziri ordunun 1.5 milyon nəfərə çatdırılması planlarını açıqlayır, amma yaxın gələcəkdə bunu etmək mümkün deyil” - sabiq hökumət başçısı bildirib.
Kasyanovun sözlərinə görə, belə bir məqsədə beş-yeddi il ərzində nail olmaq olar: “Ordunun bu qədər artırılması, prinsipcə, yaxın illərdə mümkün deyil”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş