Sizin reklam burada
Sizin reklam burada

"Qərb qorxur ki, müharibədə Rusiya qaçılmaz qələbə qazanacaq"

"Qərb qorxur ki, müharibədə Rusiya qaçılmaz qələbə qazanacaq"
Qərbin Ukraynaya hərbi yardımı kəskin şəkildə artırmaq qərarı uzun sürən müharibədə Ukraynanın Rusiyanı məğlub etmək fürsətini itirməsi qorxusundan irəli gəlir.
Bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.
"Qərb rəsmiləri Rusiyanın müharibədə qalib gəlmək şanslarının daha çox olmasından narahat olduqlarını bildirirlər. Buna görə də Ukraynanın əvvəllər Kiyev, Xarkov və Xerson yaxınlığında uğurlu hücum hərəkətlərini davam etdirmək üçün güclü Qərb silahlarına ehtiyacı var.
İndi Qərb qorxur ki, müharibədə Rusiya qaçılmaz qələbə qazanacaq. Bu, Qərbin Ukraynaya yardımını nəzərəçarpacaq dərəcədə artırır. Eyni səbəblərdən ABŞ ukraynalı əsgərlərin hərbi təlimlərinin miqyasını artırmaq qərarına gəlib. Amerikalılar mümkün qədər çox ukraynalı əsgərə müasir silahlarla döyüş taktikasını öyrətmək istəyirlər" - məlumatda deyilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş