Sizin reklam burada
Sizin reklam burada

"Türkiyə sənədləri ratifikasiya etdikdən sonra Konqres F-16-ların satışına müsbət yanaşacaq”

"Türkiyə sənədləri ratifikasiya etdikdən sonra Konqres F-16-ların satışına müsbət yanaşacaq”
ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının satışının şərtlərini Türkiyəyə çatdırıb.
Söhbət Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün müraciətləri təsdiqləməsindən gedir.
Bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Konqresdə dinləmələr zamanı çıxışında məlumat verib.
“Biz bunu türkiyəli müttəfiqlərimizə demişdik. Yəqin ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasına dair sənədləri ratifikasiya etdikdən sonra Konqres Ankaraya F-16-ların satışına daha müsbət yanaşacaq” - Nuland bildirib.
Qeyd edək ki, bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç Stokholmdakı qalmaqallı aksiyalardan sonra NATO-ya müraciət üçün dəstək gözləməməlidir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ