
Serbiya xarici işlər naziri İvitsa Daçiç ilk dəfə rəsmi Belqradın Rusiyaya qarşı sanksiyalara qoşulma ehtimalını irəli sürüb.
Nazir Serbiyanın bunu zəruri hesab edəcəyi təqdirdə sanksiyalara qoşulacağını deyib.
Daçiç Belqradın hər şeydən əvvəl ölkənin maraqlarını rəhbər tutacağını vurğulayıb.
“Ukraynanın ərazi bütövlüyünün pozulmasını pisləyirik və beynəlxalq qurumlarda buna səs vermişik. Digər sual isə Rusiyaya qarşı sanksiyalar tətbiq edib-etməyəcəyimizdir. Bu, zaman və ya müddət məsələsi deyil, bizim siyasi və iqtisadi maraqlarımız məsələsidir” - nazir söyləyib.
Serbiyanın baş diplomatı 2014-cü ildə Krımı ilhaq etdiyinə görə Moskvaya qarşı sanksiyalar tətbiq ediləndə ölkəsinin buna qoşulmamasını da şərh edib. Daçiçin sözlərinə görə, o zaman bu, Serbiyanın maraqlarına uyğun olmayıb.
Nazir bu dəfə iqtisadi vəziyyət dəyişəcəyi təqdirdə Belqradın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini istisna etməyib: “Hər an iqtisadiyyatımız, dünyadakı mövqeyimiz, Serbiya vətəndaşları üçün nəyin yaxşı olacağını qiymətləndiririk”.
Conflict.az