
Belarus Prezidenti Aleksandr Lukaşenko həyatının əslində Rusiyanın əlində olmasına baxmayaraq, Kremlin qarşısında manevr etməkdə və Ukrayna ilə birbaşa qarşıdurmadan yayınmaqda davam edir.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski deyib.
Onun sözlərinə görə, Belarus lideri Rusiyanın məqsədinin nə olduğunu bilir, bu səbəbdən də həyatını xilas etmək üçün hər şeyi verməyə hazırdır.
“O, əlində olan hər şeyi verməyə hazırdır” - Skibitski bildirib.
Onun fikrincə, Lukaşenko Rusiya xüsusi xidmət orqanlarının qorxusu fonunda çox şeyə hazırdır.
“Ailəsi, biznesi var. Xarici işlər naziri ilə bağlı hadisə. Şəxsi təhlükəsizliyi ilə bağlı ciddi dəyişiklik edib, təhlükəsizlik tədbirlərini gücləndirib. Başa düşür ki, Belarusu müharibəyə cəlb etmək Rusiya Federasiyasının məqsədlərindən biridir, buna görə də onun üçün çətindir” - Skibitski vurğulayıb.
Qeyd edək ki, Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Vladimir Makey 2022-ci ilin noyabrında qəflətən vəfat edib.
Conflict.az