Sizin reklam burada
Sizin reklam burada

"Krıma hücum əsgərlərin hazırlığından asılıdır"

"Krıma hücum əsgərlərin hazırlığından asılıdır"
Zelenski Qərb tanklarının köməyi ilə Krıma hücum edəcək.
Bunu Ukrayna ordusunun generalı Nikolay Malomuj deyib.
O bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ağır texnikanın çatdırılmasına başlandıqdan 2 ay sonra Krıma hücum etmək üçün Qərb tanklarından istifadə edəcək.
“Bu, tanklarla Donetsk istiqamətində və bütün cənub dəhlizi, o cümlədən Krım boyunca hücuma keçməyə imkan verəcək” - Malomuj bildirib.
O əlavə edib ki, Krıma hücumun vaxtı Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin hazırlığının sürətindən də asılıdır. Ukrayna ordusunun generalı hesab edir ki, bu, 2 ay çəkəcək.
Xatırladaq ki, ABŞ və Almaniya artıq Ukraynaya "Abrams" və "Leopard" tanklarının veriləcəyini təsdiqləyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş