Sizin reklam burada
Sizin reklam burada

"İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı danışıqları qəsdən çətinləşdirməyə can atıb”

"İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı danışıqları qəsdən çətinləşdirməyə can atıb”
ABŞ-nin Dövlət Departamenti İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin qarşısında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılmasını şərh edib.
Bu barədə xarici siyasət idarəsinin sözçüsü Ned Prays brifinqdə danışıb.

Qurum məsələyə Türkiyə-İsveç münasibətlərinə xələl gətirilməsi, eyni zamanda İsveç və Finlandiyanın NATO-ya daxil olmasına əngəl yaradılması prizmasından yanaşıb.
“Bu, təxribatçı biri idi, ola bilsin bilərəkdən iki yaxın tərəfdaşımız Türkiyə və İsveçin arasını vurmağa cəhd göstərib, ola bilsin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən danışıqları qəsdən çətinləşdirməyə can atıb” - Prays vurğulayıb.
Hərçənd, məlum aksiyanın təşkilinə icazə verən məhz İsveç hökuməti olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ