Sizin reklam burada
Sizin reklam burada

"Rejim qəsdən insident törədib"

"Rejim qəsdən insident törədib"
Kosova-alban hakimiyyəti Serbiya və NATO arasında konflikt yaratmağa çalışır.
Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Kurti rejimi qəsdən insident törədib ki, bizi münaqişəyə sövq etsin və Serbiya günahkar olsun. Kurti dövründə 288 insident qeydə alınıb ki, onun 10-u ilin əvvəlində baş verib. Cənab Deleviçin yaralanması ilə nəticələnən sonuncu ağır insident baş verdi. Onlar Serbiya-NATO konflikti istəyirlər. Bölgələrdə serb icmasının yaradılması ilə bağlı öhdəliklərdən qaçmaq üçün buna çalışırlar” - deyə o bildirib.
Qeyd edək ki, Kosova hüquq-mühafizə orqanları şimal zonasında serb əsilli Milyan Deleviçin olduğu avtomobili atəşə tutub. Ağır yaralanan serb əsilli şəxs xəstəxanaya yerləşdirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ