Sizin reklam burada
Sizin reklam burada

"Krıma zərbə endirmək üçün ATACMS lazımdır”

"Krıma zərbə endirmək üçün ATACMS lazımdır”
ABŞ Krım ərazisinə zərbələr endirmək və Rusiyanı məğlub etmək üçün Ukraynaya ATACMS uzaqmənzilli taktiki ballistik raketlər göndərməlidir.
Bunu ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Maykl Makkol deyib.
“Ukrayna Krıma zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketləri lazımdır” - o bildirib.
Makkol əlavə edib ki, yüksək rütbəli müşavirlər və ukraynalılar yarımadanın ərazisinə hücumlar üçün ATACMS-ın zərurətindən danışırlar, çünki pilotsuz təyyarələr Krım ərazisindən buraxılır: "Biz onlara lazım olanı - "Stinger", "Javelin", HIMARS və daha uzaqmənzilli artilleriya silahları verdikdə, onlar qalib gəlirlər".

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ