Sizin reklam burada
Sizin reklam burada

NASA Ayda “oksigen boru kəməri” çəkməyi təklif edir

NASA Ayda “oksigen boru kəməri” çəkməyi təklif edir
NASA mühəndisləri maraqlı layihə hazırlayıblar. Belə ki, onlar Ayda “oksigen boru kəməri” çəkməyi təklif edirlər.
Elm adamları Yerin təbii peykində gələcək koloniyanı həyat verən qazla təmin etmək üçün belə bir ideya ilə çıxış ediblər.
Layihəyə əsasən boru xətti Ayda böyük su buzu ehtiyatlarının aşkar olunduğu Cənub qütbündən çəkiləcək.
Oksigenin elektrolizdən istifadə etməklə istehsalı planlaşdırılır: elektrik cərəyanı sudan keçərək onu hidrogen və oksigenə parçalayacaq.
Layihə uzunluğu 5 kilometrə qədər olan boru kəmərinin tikintisini nəzərdə tutur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş