Sizin reklam burada
Sizin reklam burada

"F-35-lərə sahib olmaq bizim hüququmuzdur"

 "F-35-lərə sahib olmaq bizim hüququmuzdur"
Türkiyə F-35 hərbi təyyarələrinə qarşılıq olaraq başqa bir ölkə ilə müqavilə bağlaya bilər.
Bunu türkiyəli araşdırmaçı yazarı Metexan Dəmir bildirib.
Ekspert söyləyib ki, Türkiyə ABŞ-dan F-16 qırıcılarını ən tezi 2028-ci ildə alacaq, buna görə də Britaniyanın hərbi təyyarələri ilə maraqlana bilər:
"Digər tərəfdən, ABŞ Türkiyəyə qarşı F-35-lərlə bağlı başqa addımlar da ata bilər. Üzərində zabitlərimizin adı olan təyyarələr başqa ölkələrin səmasında uçur. F-35-lərə sahib olmaq bizim hüququmuzdur".
Qeyd edək ki, ötən gün ABŞ administirasiyası Konqresə Türkiyəyə F-16 qırıcı təyyarələrinin tədarükü ilə bağlı sorğu ünvanlayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş