Sizin reklam burada
Sizin reklam burada

"Cəbhə xəttinin arxasında işi bitirmək lazımdır"

"Cəbhə xəttinin arxasında işi bitirmək lazımdır"
Vaşinqton uzaq mənzilli raketlərin Ukraynaya ötürülməsi barədə düşünür. Söhbət "Abrams" tanklarının Kiyevə verilməsindən gedir.
Bunu Pentaqon katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahl bildirib.
“Uzaq mənzilli raketlər haqqında maraqlı şərhlər eşitməkdə davam edirik. Məncə, konkret raket üzərində fokuslanmamaq faydalıdır. Cəbhə xəttinin arxasında işi bitirmək lazımdır, detallara varmadan deyəcəm ki, biz hazırkı mərhələnin zəruriliyini dərk edirik. Biz Ukraynaya bu çətinliyin öhdəsindən gəlməkdə necə kömək etmək barədə düşünməliyik, lakin bunun hansı sistem ola biləcəyinə əvvəlcədən qərar verməyəcəyik” - Pentaqon rəsmisi izah edib.
Bildirilir ki, "Abrams" tankları çox bahalı avadanlıqdır və onlara qulluq etmək çətin başa gəlir.
Kolin Kahl əlavə edib ki, bunun çağırışlara ən yaxşı cavab olub-olmadığına dair heç bir aydınlıq yoxdur: "Biz tanklar da daxil olmaqla hansı ağır nəqliyyat vasitələrinin vaxtında və lazımi miqdarda çatdırılması məsələsini diqqətdə saxlayacağıq. Ukraynaya dəstək vacibdir".

Conflict.az

  • Sosial şəbəkədə paylaş