Sizin reklam burada
Sizin reklam burada

"Əgər bu, Ukraynanın azadlığını dəstəkləməyin qiymətidirsə..."

"Əgər bu, Ukraynanın azadlığını dəstəkləməyin qiymətidirsə..."
Rusiya Qərb ölkələrinin ona qarşı sanksiyalarına cavab verməkdə davam edir.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli sosial media hesabında verdiyi açıqlamada Rusiyanın onu sanksiya siyahısına saldığını bildirib.
“Rusiya hökuməti tərəfindən sanksiyaya məruz qalmışam. Lap yaxşı. Əgər bu, Ukraynanın azadlığını dəstəkləməyin qiymətidirsə, sanksiyaya məruz qaldığım üçün xoşbəxtəm” - deyə nazir qeyd edib.
Məlumata görə, Rusiya hələ də sanksiyalarla bağlı açıqlama verməyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş