Sizin reklam burada
Sizin reklam burada

"Sənədlərin içində nə olduğunu bilmir"

"Sənədlərin içində nə olduğunu bilmir"
ABŞ Ədliyyə Nazirliyi ABŞ Prezidenti Cozef Baydenlə bağlı tapılan məxfi sənədləri araşdırır.
Xarici KİV xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Karin Jan-Pyer bildirib.
Onun sözlərinə görə, Amerika lideri Vaşinqtondakı analitik mərkəzdəki keçmiş ofisində məxfi sənədlərin tapılmasına ciddi yanaşır. "Hər hansı qeydlərin tapılması onun üçün sürpriz oldu. O, sənədlərin içində nə olduğunu bilmir" - Ağ Evin rəsmi nümayəndəsi deyib.
Jan-Pier əlavə edib ki, sənədlərin aşkarlandığı andan hadisə ilə bağlı məlumatların ortaya çıxmasına qədər iki ay keçib. Onun fikrincə, Ağ Ev indiki vəziyyətdə özünü düzgün aparır. ABŞ Prezidentinin vəkilləri sənədləri dərhal arxivə təhvil verib. “Baydenin dediyi kimi, komandası baş verənlərin öyrənilməsində tam əməkdaşlıq edir” - Ağ Ev təmsilçisi vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş