Sizin reklam burada
Sizin reklam burada

18 yaşdan 30 yaşa qədər olan şəxslər hərbi xidmətə çağırılacaqlar

18 yaşdan 30 yaşa qədər olan şəxslər hərbi xidmətə çağırılacaqlar
Rusiya Fererasiyasında çağırış yaşı artıq bu il qaldırıla bilər.
Bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib.
O deyib ki, növbəti yaz çağırışında yaşı 30-dan az olan şəxslərin hərbi xidmətə çağırılması planlaşdırılır. Onun sözlərinə görə, hələlik söhbət yalnız çağırış yaşının yuxarı həddinin artırılmasından gedir.
""Şərti dildə desək, 21-30 yaş arasında hərbi xidməti başa vurmamış və bunun üçün kifayət qədər əsası olmayan yüz nəfər hərbi komissarlığın nəzarətindədir. Və vəzifə 200 nəfərdir. Müvafiq olaraq, onların yarısı əvvəllər olduğu kimi 18 yaşında, yarısı isə 21-30 yaşlı insanlar olacaq" - deyə o bildirib.
Xatırladaq ki, dekabrda Şoyqu hərbi xidmətə çağırış yaş həddinin artırılmasını təklif etmişdi və Putin də dəstəkləmişdi: 18-dən 27-yə deyil, 21-dən 30-a çağırılması təklif edilmişdi. Nəticədə 18 yaşdan 30 yaşa qədər olan şəxslər hərbi xidmətə çağırılacaqlar.
Qeyd edək ki, bu qərar sonradan Rusiya vətəndaşlığı alan xarici ölkə vətəndaşlarına da şamil edilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş