Sizin reklam burada
Sizin reklam burada

"Qüvvədə olan doktrinadan imtina edirik"

"Qüvvədə olan doktrinadan imtina edirik"
Polşa şərqdən hücum ehtimalı ilə əlaqədar ölkənin müdafiəsinin əməliyyat planını dəyişir.
Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib.
O qeyd edib ki, hazırda Polşa ordusu müdafiəni əvvəllər nəzərdə tutulduğu kimi ölkənin dərinliklərində deyil, birbaşa Rusiya və Belarusla sərhəddə saxlamaq niyyətindədir: "Biz uzun illərdir qüvvədə olan doktrinadan imtina edirik. Sonra nəzərdə tutulurdu ki, Polşanın müdafiəsi yalnız Vistula xəttindən başlayacaq və biz döyüşsüz ölkənin şərq hissəsindən imtina edəcəyik".
Blaşçakın fikrincə, Rusiyanın Ukraynaya təcavüzü təcrübəsi, xüsusən də Buçadakı qırğın polyakları köhnə doktrinadan əl çəkməyə məcbur edib. Polşa hakimiyyəti öz ərazilərində belə faciələrin təkrarlanmasının qarşısını almaq niyyətindədir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş